Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

03 May

2017
12:09
6394
Təhsil Naziri: Ana dili və riyaziyyatın tədrisinə xüsusi önəm verilməlidir

“Məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsaslarını dərindən öyrədilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidilir”.

Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, ibtidai təhsildə məntiqi düşüncə, ümumi savad və həyati vərdişlərin öyrədilməsi əsas məsələ olmalı, Ana dili və riyaziyyatın tədrisinə xüsusi önəm verilməlidir: “Fənn kurikulumlarının valideynlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi də güclənəməlidir. Xarici dillərin tədrisinə də xüsusi diqqət verilməli, onlara ayrılan saatlar artırılmalıdır”.

Nazir bildirib ki, hazırda əsas məsələ müasir kompitensiyalar, bilik və səriştələrin ümumi əsasalarla qurulmasıdır: “Müəllimlər və tələbələr növbəti on illiklərdə onlardan uğurla faydalanmalıdır. Qloballaşma şəraitində gənclərin bir neçə dil bilməsi olduqca əhəmiyyətlidir. Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKT texnologiyalarının ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi töhfə sənaye sahəsinin verdiyi töhfədən bir neçə dəfə çoxdur. Buna görə də İKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir. Gənclərin vətəndaş kimi formalaşmasında, hər bir məktəblidə vətənə məhəbbət hissi, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzmi ruhunda tərbiyə olunmasında milli ruh, milli özünüdərketmə hisslərinin aşılanması mühüm əhəmiyyət kəsb edir”. (report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru