İsrail rejimi fələstinli idmançıları Bakıdakı İslamiadaya buraxmır - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2017
11:37
3129
İsrail rejimi fələstinli idmançıları Bakıdakı İslamiadaya buraxmır - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Fələstin yığmasının futbolçuları Mahmud Vəli və Məhəmməd Saleh komandalarına kömək edə bilməyəcək. Buna səbəb İsrail rejiminin futbolçuların Bakıya gəlməsinə qadağa qoymasıdır.

Qeyd edək ki, Fələstin ərazisindən giriş-çıxışlara nəzarət edən İsrail hərbçiləri Qəzza sektorundan olan futbolçuların (Hücumçu - Vəli və müdafiəçi - Saleh) İordan çayının qərb sahilibndən olan komanda yoldaşlarına qoşulmalarına icazə verməyib. Nəticədə bu iki futbolçu Türkiyəyə təlim-məşq toplanışına yollana bilməyiblər. Hazırda Fələstin yığması 8 may tarixində start verəcək futbol yarışı üçün məşq prosesini orada keçirir.
 
Qeyd edək ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İHİF-in (İslam Həmrəyliyi İdman Federasiyası) bütün 57 üzv ölkəsinin idmançıları mübarizə aparacaqlar. IV İslam Həmrəyliyi oyunlarında iştirak üçün dörd qitədən 5000-ə qədər idmançı və rəsmi şəxsin Bakıya gəlməsi gözlənilir. İdmançılar atletika və cüdo üzrə iki para-idman növü daxil olmaqla 20 idman növü üzrə 270 medal uğrunda mübarizə aparacaq.

Oyunlar müvafiq olaraq 12 və 22 may tarixlərində keçiriləcək Açılış və Bağlanış Mərasimlərinə ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu daxil olmaqla şəhərdə yerləşən 16 müasir yarış obyektində keçiriləcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 20:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com