Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2017
15:54
`Neftçi` klubu 2 məşqçisi ilə yollarını ayırıb - RƏSMİ

"Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə iclas keçirilib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İclasda "Neftçi”nin Azərbaycan Premyer Liqası və ölkə kubokunda çıxışı ilə bağlı icraçı direktor Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevin hesabatları dinlənilib. 

"Zirə” ilə XXVIl tur matçında legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət qəti narazılıqla qarşılanıb. Həmçinin, "Neftçi”nin məşqçiləri – Aleksandr Deriberin və İqor Getmanla müqavilə müddətinin artırılmaması ilə bağlı verilmiş qərar təsdiqlənib.

Komandanın məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 06:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com