Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

01 May

2017
13:08
4504
Bakıda intihar edən polis mayorunun son sözləri - FOTO

Bakıda bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı bəzi faktlar məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, aprelin 27-də özünü asaraq intihar edən Sulutəpə qəsəbə sakini, 50 yaşlı Həbib Mirzəyev sabiq polis əməkdaşı olub.

O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.  

Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.

Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl “whatsapp”-da status paylaşıb.

Məqalədə : intihar polis mayoru 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:39

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru