Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2017
10:45
28405
Sertifikasiyada hansı müəllimlər olacaq?

Nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

"Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər", deyə o bəyan edib.

E.Bağırov vurğulayıb ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib. Onun sözlərinə görə, bu proses  bütün müəllimləri əhatə etməyəcək: "Təbii ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər. Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Ondan sonra attestasiyanın olub-olmayacağı məlum deyil. Çünki ilkin olaraq müəllimlərin sertifikasiyasına başlamaq lazımdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
69

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
171

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
116

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
149

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
114
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru