Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2017
10:41
İnsanlar ən çox hansı ayda boşanıblar?- Azərbaycanda

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ən çox nikah və boşanma qeydə alınan ayların statistikası açıqlanıb.

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova məlumat verib.

L.Kərimovanın sözlərinə görə, ötən il Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 66 771 nikaha daxilolma halları qeydə alınıb:

“Digər aylara nisbətən sentyabr ayında bağlanan nikahların sayı daha çox olub. Belə ki, bu ayda 8246 şəxs öz münasibətlərini rəsmiləşdirib”.

Komitə rəsmisi ötən il ölkədə 13 114 boşanma halları qeydə alındığını açıqlayıb:

“Digər aylara nisbətən noyabr ayında daha çox boşanma baş verib. Belə ki, bu ayda 1257 cütlük öz münasibətlərinə son qoyub”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 13:47



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com