Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2017
10:21
2573
Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq. XXVIII turun görüşləri eyni gündə baş tutacaq.

Artıq medalçılar bəlli olduğundan son həftə Avropa Liqasına vəsiqə verən 4-cü pillənin sahibinin və ölkə çempionatının bombardirinin müəyyənləşməsi baxımından əhəmiyyət kəsb edir.

“Qarabağ”, “Qəbələ” və “İnter”in ardından, “Zirə” komandası avrokuboklarda iştirak hüququ əldə etməyə yaxındır. Hazırda 36 xalla 4-cü sırada qərarlaşan qəsəbə təmsilçisinə son matçda cari çempionatda bir qələbəsi olan AZAL ilə görüşdə uduzmaması lazımdır.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Şüvəlanda baş tutacaq qarşılaşmada məğlub olsa belə, arzusuna çata bilər. Çünki 33 xalla 5-ci olan “Kəpəz”in “İnter”lə ev oyununda böyük hesabla qələbə qazanması şərtdir.

Bombardirlik yarışına gəlincə, burada “İnter”in hücumçusu Rauf Əliyevlə “Qəbələ”nin xorvat yarımmüdafiəçisi Filip Ozobiç arasında rəqabət gedir. Hər iki futbolçunun hesabında 11 qol olduğundan sonuncu tur böyük önəm daşıyır. Əliyev Gəncədə, Ozobiç isə Sumqayıtda qollarının sayını artırmağa çalışacaq.

Azərbaycan Premyer Liqası

XXVIII tur

29 aprel (şənbə)

16:00. “Kəpəz” – “İnter”

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

İlk üç dövrə - 2:2, 0:0, 1:4

16:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. Şəhər stadionu

İlk üç dövrə - 0:2, 2:2, 1:1

16:00. AZAL – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“AZAL Arena”

İlk üç dövrə - 1:3, 1:1, 1:2

17:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

“Bakcell Arena”

İlk üç dövrə - 0:3, 0:2, 1:1

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 23:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com