Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

28 Aprel

2017
15:49
7869
At əti satmaq istəyən daha bir nəfər tutuldu

25 aprel 2017-ci il tarixində Qəbələ  Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi  "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.

Qəbələ  Rayon Polis Şöbəsinin müraciəti əsasında Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi  "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş, avtomobilin yük yerinə necə gəldi yığılmış, antisanitar şəraitdə daşınan, üfunətli iy verən, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq baxışından keçməyən dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Avtomobildə  aşkar olunan şaqqalara bölünən at cəmdəyi isə müayinələr başa çatana kimi Qəbələ Rayon Baytarlıq İdarəsinin soyuducu kamerasına yığılaraq, müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, İsmayıllı rayonunun Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi  "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq aprelin 28-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə kütləvi informasiya vasitələrinin və  aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

26

Aprel
11:38
İQTİSADİYYAT
32

Ramil Usubov polkovniki işdən çıxardı

26

Aprel
11:13
HÜQUQ,HADİSƏ
61

Bu ərazilərdə işıq olmayacaq

26

Aprel
10:48
ÖLKƏ
35

Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək

26

Aprel
10:44
AİLƏ, SAĞLAMLIQ
1531

Azərbaycan neftinin qiyməti 77 dolları keçib

26

Aprel
09:34
İQTİSADİYYAT
69

DTX və polis Zaqatalada əməliyyat keçirdi

26

Aprel
09:27
HÜQUQ,HADİSƏ
60
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 11:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru