Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2017
15:25
Övladınızı təhlükələrdən qoruyacaq 10 faydalı TÖVSİYƏ

Uşağa müstəqillik verməzdən öncə onun təhlükəsizliyinin də qayğısına qalmaq lazımdır. FaktXeber.com olaraq bu gün  uşaqların yad insanlarla necə davranmalı olduğu barədə qısa tövsiyələri çatdıracağıq.

Ad və soyıdını gizlətmək

Uşağın adı və soyadını onun əşyalarının görünən yerdə - rükzaqda brelyoka, yaxud da  lanç-boksun, termosun üzərinə yazmayın. Əgər yad insan uşağa adı ilə müraciət edərsə, bu dərhal  balacada güvən hiss yaradır və bundan sonra o, övladınızla manipulyasiya edə bilər. İstəsəniz itmə təhlükəsinə qarşı brelyokun üzərinə öz nömrənizi yazın.

Maşından əks istiqamətdə qaçmaq

Biz övladlarımıza yad insanın maşınına əyləşməməyi öyrədirik. Bu düz addımdır. Lakin bir qaydanı da öyrədin: əgər onun arxasınca maşın düşürsə və yanında saxlayırsa, avtomobildə kimsə onun diqqətini cəlb etmək istəyirsə, avtomobilin əks istiqamətinə qaçsın. Bu, uşağa vaxt udmağa və yardım çağırmağa imkan verər.

Ailə üçün parol fikirləşmək

Əgər yad biri uşağınıza ata-anasının yanına aparmağı vəd edirsə, uşaq ondan valideynlərinin adını çəkməsini istəməli və parolu soruşmalıdır. Övladınızla birlikdə təcili hallar üçün kod söz fikirləşin. Parol mümkün qədər qeyri-adi olmalıdır, məsələn, «yumşaq tüklü apelsin»

Telefonuna izləmə tətbiqi yükləmək

Tətbiqin GPS-i sayəsində övladınızın olduğu yerin koordinatlarını və onun telefonunun şarjının səviyyəsini öyrənə bilərsiniz

Life360 Locator iOS | Android

GPS Phone Tracker iOS | Android

Həyəcan düyməsi olan saatlar

Həyəcan düyməsi olan qadjetlər adətən saat, brelyok, qolbaq və ya medalyon  formasında olur. Valideynlər xüsusi  tətbiq vasitəsi ilə  daim  uşağın yerini müəyyənləşdirə bilər, düyməyə basdıqda isə  siqnalı validyenləri, yaxud təhlükəsizlik xidməti alır.

BuddyTag

Major-GSM Panic

«Mən onu tanımıram», - deyə qışqırmaq

Övladınıza deyin ki, tanımadığı adam onu tutarsa, «pis uşaq» olmaq vacibdir: dişləsin, çırpınsın, cırmaqlasın, hətta çox qorxsa belə başqalarının diqqətini cəlb etməyə çalışsın, «Mən onu tanımıram. O mənim aparmaq istəyir», - deyə qışqırsın.

Məsafə saxlamaq və söhbəti dayandırmaq

Uşaq bilməlidir ki,  yad adam nəinki uşaqların, hətta böyüklərin də başını qarışdıra bilər. Buna görə, söhbət başlayandan 5-7 saniyə sonra uşaq təhlükəsiz yerə getməlidir. Ümumiyyətlə yad adamın 2-2,5 metrliyində dayanmalıdır, əgər o yaxınlaşırsa, geri çəkilmək lazımdır. Uşaqla birlikdə  bu vəziyyəti məşq edin, ona 2 metr məsafəni göstərin və başa salın ki, söhbət zamanı bu məsafəni saxlamaq lazımdır.

Yad adamlarla liftə girmək olmaz

Uşağa liftə arxasına çevirərək gözləməyi öyrədin. Bu, ona yaxınlaşan hər kəsi görməsinə imkan verəcək. Əgər tanımadığı, ya az tanımadığı  biridirsə, istənilən bəhanə ilə (özünü nə isə yadından çıxmış kimi göstərmək vəya kimi isə gözlədiyini deməklə) onunla liftə  minməsin. Yaxud da, ən yaxşı variant – nəzakətli şəkildə  valideyninin  onu liftə ancaq tək, yaxud yaxın tanıdıqları ilə minməsini tapşırdığını desin. Əgər naməlum şəxs onu liftə basmaq istəsə, yuxarıda deyilən variantda qışqıra, çırpına, cırmaqlaya bilər.

Valideynin evdə olmadığını deməmək

Övladınıza başa salın ki, «kimdir» sualına cavab verilmirsə və gözlükdən heç nə görünmürsə, kimin gəldiyini görmək üçün qapını heç bir balaca da açmaq olmaz. Qaıpını döyən şəxs dost, yaxud  komunal xidmətlər işçisi olduğunu desə belə valideynin evdə olmadığını demək olmaz. Əgər həmin şəxs israrlı olarsa və mənzilə girməyə çalışarsa, təcili valideynə, yaxud qonşulara zəng etmək lazımdır.

İnternetdə tanış olduğu adamlarla görüşməmək

Uşağınıza bildirin ki, müasir dünyada  cinayətkarlar  öz qurbanlarını  internet vasitəsi ilə də tapa bilər və onun çatda, sosial şəbəkədə danışdığı yad adam, hər zaman «qonşu Məmməd» olmaya bilər. Zərərsiz  yazışmanı çox təhlükəli adam apara bilər. Başa salın ki, yad adamlara, hətta uşaq olsalar belə telefon, ünvan, soyadını vermək, fotonu göndərmək, harda və necə gəzməyi xoşladığını demək, yad adamla gəzməyə çıxmaq olmaz.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 13:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com