Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2017
14:02
7437
Hava yağıntılı olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

ETSN-dən bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-19° isti, Bakıda gecə 9-11° isti, gündüz  17-19° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə,  mayın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
41

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
993

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
59
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 10:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru