Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2017
15:45
Milli Şura mitinq keçirməyə təkcə `Məhsul` stadionunu istəmir
"Ölkədəki ictimai-siyasi vəziyyətə uyğun olaraq mitinqlər keçiriləcək"

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Bunu "Report"a Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev bildirib.

O deyib ki, müraciətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq: "Milli Şura mitinqlərin bazar günü keçirilməsini istəyir. Bu, hüquqi baxımdan da qanunidir. Amma Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görüşdə bildirdi ki, bazar günü mitinqlərin keçirilməsi məqsədəuyğun deyil. Aprelin 9-na təyin etdiyimiz mitinqi ayın 8-nə keçirdi. Biz də bununla bağlı məhkəməyə müraciət etmişik. Biz bundan başqa, mitinq keçirilməsi üçün təkcə Yasamal rayonunda yerləşən "Məhsul" stadionunun deyil, digər yerlərin də ayrılmasını tələb edirik. Bakı Şəhər İcra Hakimiyyətinin bununla bağlı cavabını gözləyirik".

O.Gülalıyev qeyd edib ki, mitinqlərin keçirilməsi həmişə gündəmdədir: "Hazırda da mitinqlə bağlı müzakirələr gedir. Hesab edirik ki, mitinqlərdə geniş xalq kütlələri iştirak etməlidir. Ölkədəki ictimai-siyasi vəziyyətə uyğun olaraq mitinqlər keçiriləcək".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48623

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46683

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53425

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47895
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 16:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru