Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2017
13:31
Deputat: “Bəzi kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar”

“Azərbaycanda bir sıra kafe və restoranlarda sulu qəlyana gizlicə narkotik vasitə qatırlar”.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bunu deputat Araz Əlizadə bu gün Milli Məclisdə keçirilən “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” adlı Dəyirmi masada bildirib.

O, ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif edib: “Bir sıra yerlərdə sulu qəlyan vasitəsi ilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar və bununla da biznesini genişləndirirlər. Ümumiyyətlə sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştüy dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir. Turistlərin bundan narazı qalmasından qəti narahat olmaq olmaz. Ona qalsa turistlər üçün Avropada olduğu kimi tiryəkxana da açmalıyıq?”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
267

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
278

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
451

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
371

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 06:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru