Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2017
11:29
Türkiyədə 9 min 103 polis əməkdaşı işdən qovulub

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyədə "FETÖ" şəbəkəsi ilə əlaqəsi olmaqda ittiham olunan 9 min 103 polis əməkdaşı işindən kənarlaşdırılıb. Bu barədə ictimaiyyətə ölkənin Baş Polis İdarəsi məlumat verib. Məlumata görə, 667 nömrəli fövqəladə vəziyyətdə qəbul olunan qanunun ikinci maddəsində qeyd edilən və milli təhlükəsizliyə təhdid sayılan "Fətullahçı Terror Təşkilatı" ilə əlaqəsi olan hüquq-mühafizə orqanının əməkdaşları vəzifələrindən uzaqlaşdırılıb.

Qeyd edək ki, işdən çıxarılan polis əməkdaşlarından 2500-ü İstanbuldan, 1350-si Ankaradan və 560-ı isə Diyarbəkirdən olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 09:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com