Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 Aprel

2017
22:30
2749
Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? - VİDEO

Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, birinin qiyməti digərindən çox fərqlənir. Tərkibi və göstəriciləri eyni olduğu halda qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur.

Apteklərdə çalışanlar bunun özünəməxsus səbəbi olduqunu bildirir.

Belə dərmanların hamısının qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənir və hər biri haqqında məlumat da Tarif Şurasının saytında yerləşdirilib. Buna baxmayaraq, qiymətlər arasındakı bu qədər fərq dərmanların keyfiyyəti məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin sözçüsü Liya Bayramova "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, apteklərdə satılan bütün dərmanlar yoxlamadan keçirilir və keyfiyyətlidir.

Tarif Şurasından katibliyindən verilən məlumata görə isə, qiymətlər arasındakı fərqin səbəbi dərmanı istehsal edən şirkətinin müasir texnalogiyalardan daha çox istifadə etməsi, bəynəlxalq sertifikatlara malik olması və istehsal edilən dərmanın maya dəyərinin yüksək olması ilə əlaqədardır. Belə dərmanlar isə əsasən Avropadan ölkəmizə idxal edilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:17

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru