Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Aprel

2017
09:30
2303
Tovuzda filial müdirini qətlə yetirən şəxs gizlətdiyi pul torbasını verdi

Tovuz rayonunda "Azərsığorta" Dövlət Kommersiya Şirkətinin filial müdiri Raya Bayramovanı qətlə yetirən şəxsin şirkətdən oğurladığı pulun yeri aşkar edilib.

FaktXəbər-in Trend-ə istinadən məlumatına görə, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Vidadi Vəliyev şirkətdən oğurladığı pulun yerini deyib. Məlum olub ki, V.Vəliyev həmin pulu filial binasının yaxınlığında yerləşən köhnə tikilidə gizlədibmiş. İstintaq tədbirləri zamanı həmin əraziyə də baxış keçirilib və V.Vəliyev torbada gizlətdiyi külli miqdarda pulu, hadisəni törədərkən əynində olan qanlı paltarı həmin yerdən çıxararaq istintaqa təqdim edib. Hələlik istintaqa təqdim edilən pulun məbləği barədə açıqlama verilmir.

Xatırladaq ki, "Azərsığorta" Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramova aprelin 22-də şirkətin baş mühasibi Vidadi Vəliyev tərəfindən qətlə yetirilib. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstündə törətdiyini bildirib. V.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerində dindirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru