Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

25 Aprel

2017
21:43
2382
Bakıda təcili yardımın sürücüsü və tibb bacısı döyüldü - VİDEO

Bakıda təcili yardım briqadasının həkimi və tibb bacısı döyülüb.

Hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının briqadası Sulutəpədə onkoloji xəstə olan 1941-ci il təvəllüdlü Pirməmməd İmanova yardım göstərməyə gediblər. Lakin hər cür cəhd göstəsələr də, xəstə dünyasını dəyişib.

Lakin xəstənin qohumları vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də həkimi döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü həkim Rizvan Hacıyev və 1972-ci il təvəllüdlü tibb bacısı Ləman Həsənova hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə yerində dünyasını dəyişən Pirməmməd İmanovun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Mərhumun qohumları başlarının yasa qarışdığını bildirərək hadisə ilə bağlı açıqlama vermədilər.

Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb. (Xezerxeber)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:44

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru