Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2017
12:21
999
Sürücülər piyadalardan daha məsuliyyətlidirlər - RƏSMİ

2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 162 nəfər həlak olub, 411 nəfər yaralanıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, həlak olanların sayı 19 nəfər (13,8%) artıb, yaralananların sayı isə 42 nəfər (9,3%) azalıb.

Baş Dövlət Yol Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 44 nəfər həlak olub, 134 nəfər yaralanıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalıb, həlak olanların sayı 13 nəfər (41,9 %) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələri zamanı 195 piyada vurulub. Nəticədə 66 piyada həlak olub, 145-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə həlak olub, 46 nəfər yaralanıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 2 nəfər azalıb, yaralananların sayı isə 11 nəfər artıb.

“Hər gün piyada ölümü qeydə alınır”

Respublika Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib ki, bu ilin 3 ayı ərzində qeydə alınana ümumi qəzaların 47, 9 faizi piyadaların vurulması ilə bağlı olub:

“Sürücülər sürücülük vəsiqəsinin məhdudlaşdırılması halı olduğundan daha məsuliyyətlidirlər. Piyadalar isə əksinə, düşünür ki, uzağı 20 manatlıq cərimə olunacaqlar. Amma bəzi hallarda qadağan olunmuş yollardan keçmək onların həyatı bahasına başa gəlir. Bu baxımdan mövzuya daha çox yer ayırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ailə başçılarımız, gənclərimiz, azyaşlılar, ahıllar yol qəzalarında dünyasını dəyişir. Mütəmadi olaraq maarifləndirmə, təbliğat işlərinin aparılmasına baxmayaraq, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hələ də kütləvi xarakter daşıyır. Hər gün də piyadaların vurulması ilə bağlı qəzalar baş verir. Çox sayda yeraltı, yerüstü keçidlər olsa da, vətəndaşlar həyatlarını təhlükə altına atırlar. İstər şəhər mərkəzində, istər şəhər kənarlarında, hətta rayonlararası sürət həddinin yüksək olduğu yollarda belə, piyadalar qanunla qadağan olunmuş yerlərdə yol keçir. Nəticədə zərərçəkən də özləri olur”.

Yol polisi yoxsa “piyada polisi”?...

K.Əliyev bildirib ki, nizamlanmayan (işıqfor olmayan) piyada keçidlərində yol polisi əməkdaşlarının xidmət aparmasına da münasibət bildirib:

“Nizamlanmayan piyada keçidlərində piyadalar hərəkət üstünlüyünə malikdir. Nəqliyyatın daha intensiv hissələrində bir neçə piyadanın pərakəndə şəkildə qarşıya, yaxud eyni istiqamətdə keçməsi çox böyük sıxlıqlara gətirib çıxarır. Bu səbəbdən də nəqliyyatın intensiv vaxtlarında piyadalar yol polisi əməkdaşları tərəfindən ləngidilir ki, nəqliyyat axını dayanmasın. Bir küçədə ardı-arası kəsilmədən piyada hərəkəti çox böyük sıxlığa səbəb ola bilər. Ona görə də çalışılır ki, əksər yerlərdə nizamlanan piyada keçidləri olsun. Keçidlərin nizamlanmayan olması səbəbindən yol polisi tərəfindən yönləndirilir”.

“Piyada baş verə biləcəklərə cavabdehdir”

K.Əliyevin sözlərinə görə, ölüm və xəsarətlə nəticələnən qəzalar araşdırılır:

“Nəticədə sürücünün yoxsa piyadanın təqsirkar olması müəyyənləşir. Bəzi hallarda hadisə piyadanın təqsirindən baş verdiyindən sürücüyə bəraət verilir. Bu vaxt piyadanın yaxınları bir çox yüksək instansiyalara müraciət edirlər, bəzən məhkəmənin qərarı ilə razılaşmırlar. Belə əsassız müraciətlər də olmamalıdır. Piyadanın öz hüquqları olduğu kimi, vəzifələri də var. Hüquqlarından istifadə edən şəxslər, vəzifələrini də icra etməlidirlər. Sürətli yolda qadağan olunmuş ərazidən keçən piyada baş verə biləcək qəzanın məsuliyyətini öz üzərinə götürməlidir. Bilməlidir ki, bu yolda avtomobil onu vuracaqsa, təqsirkar və zərərçəkən özü olacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
271

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
165

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
247

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
182

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
193

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
177

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru