Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2017
12:00
7334
Hacıqabulda cücələrin kütləvi ölümünün səbəbi açıqlanıb

Azərbaycanın Hacıqabul rayonunda cücələrin tələf olma səbəbləri müəyyənləşib.

Dövlət Baytarlıq Xidmətindən verilən xəbərə görə, aprelin 17-də Hacıqabul rayon sakini Rövşən Səməd oğlu Xəlifəyevə məxsus həyətdə 20 günlük cücələrinin tələf olması barədə xidmətin Hacıqabul Rayon Baytarlıq İdarəsinə məlumat verib. Bununla əlaqədar idarənin baytarlıq mütəxəssisləri həmin təsərrüfatda olaraq araşdırma aparıblar. Araşdırma zamanı cücələr arasında tələfatın yalnız adı qeyd edilən təsərrüfatda baş verdiyi müəyyən edilib, rayonun digər təsərrüfatlarında isə quşların və cücələrin xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı cücələrə verilən yemin keyfiyyətsiz olması, zoogigiyeniki tələblərə uyğun olmadığı müəyyən edilib. 

Tələf olmuş cücələr baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahibinə müvafiq mütəxəssis məsləhətləri verilib.

Ölən cücələrdən və yemdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən cücələrdə yoluxucu xəstəliklərin törədiciləri aşkar olunmayıb. Cücələrin ölümünə zoogigiyeniki norma və qaydalara əməl edilməməsi səbəb olub. Cücələrin yemləmə, bəsləmə və saxlanmasına dair mütəxəssis tövsiyələrinə əməl edildikdən sonra təsərrüfatda ölüm halları aradan qalxıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərinə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. Respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2040

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru