Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2017
14:15
4258
Azərbaycanda əhali daha az çörək yeməyə başlayıb

Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə çörək istehsalında ciddi geriləmə qeydə alıb.

Komitənin açıqladığı statistikaya görə bu ilin birinci rübündə Azərbaycanda 13 min 755 ton çörək və çörək-bulka məmulatı istehsal olunub. Bir il əvvəlki dövrlə müqayisədə istehsal 2 min 192 ton - 13,8 faiz geriləyib. Dövlət Statistika Komitəsinin məlumatında o da deyilir ki, bu göstəricilərə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti daxil deyil.

Orta ölçülü çörəkbişirmə zavodlarında istehsalın azalması bu ilin martına düşür. İlin ilk 2 ayında bu zavodlar 9 min tondan çox – 2016-cı ildəkindən 1 100 çox çörək istehsal edib sata bilmişdilər. DSK-nın sənaye istehsalına dair rüblük hesabatının təhlili göstərir ki, martda çörək istehsalı (4 min 714 ton) bir il əvvəllə müqayisədə təxminən 2 dəfə azalıb.

Çörəklə bərabər buğda unu istehsalı da azalıb. Yanvar-mart aylarında dəyirmanlarda 64,8 min ton – keçən ildəkindən 7,5 faiz az unüyüdülüb. Bununla belə, Dövlət Statistika Komitəsi evində çörək bişirənləri və sahibkarlıqla məşğul olan fiziki şəxsləri də nəzərə almaqla, bu ilin əvvəlindən bəri ölkədə 192,6 min ton çörək və çörək-bulka məmulatının istehsal olunduğunu açıqlayıb. Bu, 2016-cı illə müqayisədə 1,1 faiz çoxdur. (virtualaz.org)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2018 17:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru