Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2017
12:16
NATO qırıcıları Rusiya təyyarələrinə görə 780 dəfə havaya qalxıb

NATO qırıcıları  Avropa bazalarından 2016-cı ildə Rusiya təyyarələrinin identifikasiyası və müşahidəsi üçün 780 dəfə havaya qalxıb. Bu, soyuq müharibə bitəndən bəri ən böyük göstəricidir. FaktXeber.com-unverdiyi məlumata görə, Almaniyanın DPA agentliyi alyansın aviabazasının nümayəndəsinə istinadla xəbər verib. 

2015-ci ildə NATO qırıcıları Avropada 410 dəfə qalxıblar. Pilotların belə hadisələrdə əsas tapşırığı yaxınlaşan təyyarədən təhlükə olmadığına əmin olmaqdır. Avropada bazalaşan NATO qırıcıları ümumilikdə 870 dəfə havaya qaldırıb. Ancaq 90 hadisə Rusiya ilə deyil, başqa dövlətlərlə bağlı olub. 

DPA vurğulayır ki, ekspertlərin hesablamalarına görə, Rusiya təyyarələrinin manevrləri tam qanuni olub və beynəlxalq qanunları pozmur. Vaxtaşırı transpoderləri yandırmadan NATO təyyarələri də uçuş həyata keçirir. Hazırda Beynəlxalq Mülki Aviasiya Təşkilatının iştirakı ilə Səmada davranış qaydalarının sərtləşdirilməsi imkanı müzakirə olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 04:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com