Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
21:29
1767
Metroda qatar relsinə yıxılan şəxs narkotik aludəçisi olub

Dünən axşam saatlarında metronun "Nizami" stansiyasında özünü qatar relsinin üzərinə atan Fərid İmanov narkomaniyadan əziyyət çəkir.

Bu barədə F.İmanovun yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib.

Baş həkim bildirib ki, xəstə hazırda komadan ayılıb: "Xəstə komada deyil. Onun açıq kəllə-beyin travması var. Amma hazırda onu süni yolla yatızdırırlar ki, oyanıb özünə xəsarət yetirməsin. Hazırda xəstənin müalicəsi davam etdirilir".

Xatırladaq ki, aprelin 19-da axşam saat 22:44 radələrində metronun "Nizami" stansiyasında, 1985-ci il təvəllüdlü Fərid İmanov özünü qatar relslərinin üzərinə atıb. F.İmanov metro nəzarətçilərinin köməyi ilə relslərin üzərindən götürülərək təcili xəstəxanaya çatdırılıb. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru