Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycanda ilin I rübündə inflyasiya ötən ilin eyni dövrünə nisbətən 13,2% yüksək olub. Bunu Dövlətstatkomun istehlak qiymətləri indeksi barədə hesabatı göstərir. Deyilən dövrdə ərzaq 17%, qeyri-ərzaq malları 12,6%, pullu xidmətlər 8,6% bahalanıb.
Hesabata görə, martda istehlak malları və xidmət tarifləri fevrala nisbətən 1,6%, yanvara nisbətən 2,3% artıb.
O cümlədən ərzaq 3,1%, qeyri-ərzaq malları 0,6%, pullu xidmətlər 0,5% bahalanıb.
Daha çox bahalanma tütün məmulatında olub - 90%. Ardınca çay, kofe, kakao (28,7%), yağ və piy (27,1%), mineral sular, sərinləşdirici içkilər və şirələr (20,6%), çörək məmulatı və yarma (17,6%), araq və brendi (17,3%) süd məhsulları, yumurta (11,5%), balıq məhsulları (10,6%) gəlir.
Qeyri-ərzaq mallarından məişət cihazları (35,4%), kiçik elektrik cihazları (34,2%), dərmanlar (32,3%), kalkulyator, kompüter, planşet, noutbuk (30,3%) və avtomobil hissələri (31%) bahalanıb.
İnflyasiyaya təkan verən amillər çoxdur. Əvvəla, milli valyuta zəifləyib, ərzağın mühüm hissəsi isə idxal edilir. Bundan başqa, ərzaq və qeyri-ərzaq malları üzrə gömrük rüsumu artırılıb. Amma yerli ərzaq da bahalanıb. İstehsalçılar bunu elektrik enerjisi, xaricdən alınan xammal və inqredientlərin və nəqliyyat xərclərinin bahalanması ilə izah edir.
İnflyasiyasını azaltmaq üçün AMB-nin dövriyyədəki manat kütləsini azaltmasını da qeyd etmək olar. Məlumdur ki, inflyasiya AMB-nin taktikasından çox asılıdır. Söhbət manat kütləsinin artırılması və ya azaldılmasından gedir. Ölkədə inflyasiyanın sürətinə görə qiymət versək, AMB-nin hərəkətini səmərəli saymaq olmaz.
Yüksək inflyasiyanın səbəblərindən biri də korrupsiya və inhisarçılıqdır. İqtisadçı Azər Mehdiyev "Turan"a bildirib ki, müəyyən qrup mallara inhisarçılıq var. Kimsə banan və quru meyvə, digəri mobil telefon, kompüter, dərman idxalına nəzarət edir. Bu malların qiymətini onlar müəyyən edir. İnhisarçılar və oliqarxlar tikinti, emal, xidmət sahəsində də şərtlərini diktə edir.
«İkirəqəmli inflyasiya onu göstərir ki, iqtisadiyyatda durğunluq var. Böhran bank sistemi və real iqtisadiyyatı tamamilə cənginə alıb», - deyə Mehdiyev bildirib.
İnzibati korrupsiya da xüsusi qeyd edilməlidir. Bunlar gömrükçülər, vergi və başqa xidmətlərdir. Bu korrupsiya xərcləri də istehlakçının çiyninə qoyulur.
Xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsində inflyasiya 7,3% proqnozlaşdırılıb. Artım dinamikası göstərir ki, bu hədd keçilib. Analitiklər hesab edir ki, illik 7,3% inflyasiya imkanıq alır. Bu, aqrar sektor, AMB-nin düzgün siyasəti və anti-inhisar mübarizəsindən asılıdır.

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO
13
Dekabr
Azərbaycan əhalisi 11 ayda ticarət şəbəkələrində 34 milyard manatdan çox pul xərcləyib
13
Dekabr
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
13
Dekabr
Azərbaycan XİN ABŞ Senatının "erməni soyqırımı"nın tanınmasına dair qətnaməsini pisləyib
13
Dekabr- 13-12-2019 23:23 Azərbaycan neftinin qiyməti 70 dolları keçdi
- 13-12-2019 20:29 Azərbaycan əhalisi 11 ayda ticarət şəbəkələrində 34 milyard manatdan çox pul xərcləyib
- 13-12-2019 12:04 Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
- 13-12-2019 10:42 Mərkəzi Bankın 13 dekabr tarixinə olan valyuta məzənnələri
- 13-12-2019 10:39 Dünya bazarında neftin bahalaşması davam edir
- 13-12-2019 09:44 Xarici valyutaların manata qarşı məzənnələri
- 12-12-2019 22:34 İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
- 12-12-2019 21:30 Rusiya pomidor idxalına qadağa qoyur - Azərbaycana təsiri olacaqmı?
- 12-12-2019 17:45 Dekabrın 13-nə manatın məzənnəsi
- 12-12-2019 17:09 Azərbaycan Dünya Bankının kreditindən imtina edib
- 12-12-2019 13:08 Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb
- 12-12-2019 09:59 Azərbaycan nefti ucuzlaşdı, "Brent" bahalaşdı
- 12-12-2019 09:37 AMB-nin valyuta məzənnələri
- 11-12-2019 22:23 Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb
- 11-12-2019 21:56 Mikayıl Cabbarov: Azərbaycan investorlarını dəstəkləyir
- 11-12-2019 16:52 SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna yeni direktor təyin olunub
- 11-12-2019 09:50 Rusiyaya aparılan inəklər ölkəyə buraxılmayıb
- 11-12-2019 09:15 Neftin ucuzlaşması davam edir
- 10-12-2019 17:19 Dekabrın 11-nə manatın məzənnəsi
- 10-12-2019 10:13 AMB-nin valyuta məzənnələri
- 10-12-2019 09:15 Neft yenidən ucuzlaşıb
- 09-12-2019 22:47 “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
- 09-12-2019 21:12 Azərbaycanda dərman istehsal olunacaq - FOTO
- 09-12-2019 14:56 Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıb
- 09-12-2019 14:32 Rusiyalı nazir: "Azərbaycanla 6-cı yol xəritəsi razılaşdırılıb"