- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Facebook düşüncənin köməyi ilə kompyuterlərin idarəsinə imkan verən metodlar hazırlayır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə kompaniyada uyğun araşdırmalarla məşğul olan Building-8 adlı bölmənin rəhbəri Reqina Duqan bildirib.
«Fikirləriniz birbaşa yazsaydınız necə olardı? Bu real görünmür, lakin bu, sizin gözlədiyinizdən tez baş verə bilər», - deyə o, Facebook-un Kaliforniya ştatında təşkil olunmuş tədbirdə çıxışında bildirib.
Kompaniyanın əməkdaşı bildirib ki, yaxın perspektivdə düşüncənin köməyi ilə dəqiqədə 100 söz yazmağa imkan verən və insan bədəninə hər hansı elementin aşılanmasını tələb etməyən sistem hazırlamaq durur.
Çıxış zamanı Duqan bir iflic qadının implantın köməyi ilə düşüncələri ilə yazını dərc etməsi barədə video göstərib. Building-8-in rəhbərinin sözlərinə görə, bu sistem dəqiqədə 8 söz danışmağa imkan verir.
Duqan həmçinin bildirib ki, Facebook eşitmə qabiliyyəti olmayan insanların səsləri qəbul etməsi üçün texnologiya hazırlayıb. Söhbət səsin vibrasiya və digər siqnallar çevrilərək dəri ilə hiss etməkdən gedir.
Bununla bağlı video nümayiş edilib. Kadrlarda görmə və eşitmədən məhrum olan kişinin Building-8in yaratdığı qurğularla ünsiyyəti görünüb.
«Dərinin ümumisahəsi 2 kv metrdir. Bu informasiyanı beyinə ötürən mürəkkəb sinir sistemidir», - deyə Duqan bildirib. O, Facebook-un hazırladığı texnikanı Brayl şrifti ilə eyniləşdirib.