Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2017
12:29
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Xəbərdarlığa görə, aprelin 22-də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 11:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com