Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

19 Aprel

2017
16:50
605
QMİ sədri Qərbin müsəlmanların daxili işlərinə qarışmasından danışdı

"Xalqlarımız müqəddəs dinimiz olan İslamı dirçəltmək üçün çox əziyyətlərə düçar olublar, biz də bu ənənələri yaşatmaq yolunda çətin yol keçmişik. Sıralarımızı parçalamaq istəyənlərə, bölücülük salmağa çalışanlara imkan yaratmağa haqqımız yoxdur".

Qafqaz Müsəlmanları İdarəsindən "Report"a verilən məlumata görə, bunu QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Pyatiqorsk şəhərində keçirilən Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin növbəti hesabat-seçki konfransında deyib.

"Öz hərəkət və çağırışları ilə dinimizin, dövlətçiliyin əsaslarını zəiflətməyə çalışan, cəmiyyətdə qarşıdurma yaratamaq istəyən təxribatçı qüvvələrin qarşısını almaq və onlara layiqli cavab vermək biz din xadimlərinin və bütün Qafqaz müsəlmanlarının borcudur. Dini icmalar dövlət qurumları ilə birgə dini dəyərlərimizi təhrif edən, terrorçuluğu, dini radikallığı, ekstremizmi və terrorizmi təbliğinə çalışan qüvvələrə qarşı mübarizədə səylərini birləşdirməlidirlər. Ölkələrimizdəki daxili stabilliyi pozmağa çalışan, xarici siyasət sayəsində uğuralarımıza paxıllıqla yanaşan, sosial iqtisadi inkişafı görməzdən gələn qüvvələrə qarşı da birgə mübarizə aparmalıyıq.

Hamımız şahidik ki, Qərb guya insan haqlarının pozulmasını bəhanə gətirərək dövlətlərimizi müxtəlif sanksiyalarla hədələyir. Amma müxtəlif Qərb ölkələrinin özündə dini diskriminasiya ilə bağlı hadisələr baş verir. İnsan haqlarından danışanlar Avropanın öz doğma yurdlarını tərk etməyə məcbur olan qaçqınlara qarşı antihumanist davranışlarını nədənsə görmək istəmirlər. Qərbin bu hərəkəti ilə üzləşən insanlar dünya intibahına böyük töhfələr verən xalqların nümayəndələridir. Həmin xalqların demokratik seçiminə hörmət qoymayan Qərb İraqın, Liviyanın, Suriyanın, Əfqanıstanın və digər müsəlman ölkələrinin daxili işlərinə qarışır, həmin ölkələrin müqəddaratını öz bildiyi kimi həll etmək istəyir", - o, əlavə edib.

Sədr qeyd edib ki, islamafobiya yayan qüvvələr dinlər və konfessiyalar arasında münaqişə salmaqla demoqrafik fəlakət yaradır, bununla da dünyada sülhə, stabilliyə böyük zərbə vurur, bütün bəşəriyyəti təhlükə qarşısında qoyurlar: "Bütün dünyanın gözləri qarşısında fəlakət yaşanır - sonu görünməyən terror hadisələri nəticəsində dünyanın müxtəlif yerlərində həm müsəlmanlar, həm də xristianlar həlak olur, məscidlər, kilsələr, məbədlər uçurdulur. İslamın həqiqi mənası qəsdən təhrif edilir. Rusiyanın sülhün bərpası, beynəlxalq hüququn bərqərar olması yolundakı antiterror əməliyyatlarını dəstəkləyirik.

Biz Qafqaz müsəlmanlarını iki dövlətin- Rusiya Federasiyasının və Azərbaycan Respublikasının müdrik liderlərinin sülh dini olan İslamın dəyərlərini yüksək səviyyədə müdafiəsinə yönələn mövqeyi qane edir".  

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 11:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru