Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2017
15:44
1778
Xarici meyvə və tərəvəz `yerli` idxalın statistikasını doldurub

Ölkəyə idxal edilən məhsulların bir hissəsi ölkədən çıxarılır, bununla da ixracla bağlı müsbət dinamika formalaşdırılır. Belə ki, bu ilin birinci rübündə xarici məhsulların əhəmiyyətli hissəsi yenə də ixrac edilib. 

İdxal-ixracın müqayisəli təhlili dövlət məmurlarının 3 ayda ixracın 44% artması barədə bəyanatları baxımından maraqlıdır. İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına görə, ixrac ötən ilə nisbətən artsa da, 2014-cü ilə nisbətən iki dəfə azalıb. Qeyd edildiyi kimi, ixrac idxaldan 4 dəfə aşağıdır. Son analiz göstərir ki, deyilən ixrac artımı idxalla bağlıdır.    

FaktXəbər-in məlumatına görə, "Bu ilin 3 ayında Azərbaycana 100,5 min ton meyvə və tərəvəz idxal edilib. Bunun 45 min tonu daxili tələbat, 55,5 min tonu ixrac üçündür. İlin əvvəlindən 2,6 min ton çay gətirilib. Bunun 70%-i daxili tələbat, qalanı ixrac üçündür. Eləcə də 31,3 min ton bitki yağı, heyvani yağ və kərə yağı gətirilib. Bunun 28,3 min tonu daxili tələbata, 3 min ton ixrac statsitikasına yönəldilib. Qənd idxalı 81,6 min ton olub, 68,1 min ton daxili tələbat üçün, 13,4 min ton isə ixrac edilib", - deyə İTM eksperti Vahid Məhərrəmov Turan-a bildirib.

2017-ci ilin I rübündə ərzaq idxalı ötən ilə nisbətən 20,8% artıb. Ət idxalı 2,3 dəfə, diri çəkidə 20,8% artıb. Süd idxalı 81%, yağ idxalı  25%, şəkər idxalı 94% artıb. İdxal artımı yerli istehsalın aşağı səviyyəsini göstərir. Ixracın xarici məhsulun gətirilməsindən asılılığı təkcə daxili istehlakçıların deyil, Azərbaycanın ixrac imkanlarının da xaricdən ərzaq idxalına sıx bağlı olduğundan xəbər verir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
352

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
439

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
490

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
964

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
579

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
559
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 18:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru