Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2017
14:51
1515
Marin Le Pen: `Qarabağ Ermənistana birləşdirilmiş olmalıdır`

"Qarabağ münaqişəsinin həlli üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi lazımdır". FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen "Nouvelles d'Armenie" qəzetinə müsahibəsində bildirib.

"SSRİ-nin dağılmasından sonra sərhədlər beynəlxalq sərhədlər oldu, lakin müstəqillik daha səmərəli seçim oldu, Azərbaycan və Ermənistan arasında razılaşma olsaydı, Dağlıq Qarabağ Ermənistanın tərkibinə birləşdirilmiş olardı. Fransa gərək Yaxın Şərqdə xristianların müdafiəçisi kimi öz lider rolunu bərpa etsin",-deyə milliyətçi partiyanın sədri əlavə edib.

Marin Le Pen həmçinin bildirib ki, "erməni soyqırımı"nda həlak olanların xatirəsini yad edəcək: "1915-ci ildə Fransaya çoxsaylı ermənilərin gəlməsi ölkəmizin həyatında mühüm hadisə olub, onlar Birinci dünya müharibəsindən sonra ölkənin bərpasına böyük töhfə veriblər və nümunəvi assimilyasiya olublar".
 
“Milli cəbhə” partiyasının lideri hesab edir ki, "erməni soyqırımı" qurbanlarının xatirəsi təqvimə daxil olmamalıdır, yalnız fransız xalqının kollektiv ruhu ilə bağlı olan tarixi hadisələr bura daxil ola bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
72

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 04:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru