Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Aprel

2017
14:14
2985
90 faiz istifadəçinin Androidin bu sirlərindən məlumatı yoxdur

Yəqin ki, bu gün cibində sevimli smartfonu olmayan insanı tapmaq çətindir. Bununla belə, insan üçün ən faydalı ixtiralardan olan bu əşyanı tam tanıyan insan da azdır. FaktXeber.com bu gün Sizə Androidin 8 ən maraqlı funksiyası barədə məlumat verəcək.

Enerjiyə qənaət etməyin ən asan yolu

Android qurğunuzda divar şəkli üçün  qara, yaxud başqa tünd fon seçsəniz, piksellərin avtomatik işıqlandırılması sönəcək və siz telefon, yaxud planşetin daha uzun müddətə enerji saxladığının şahidi olacaqsınız. Düzdü, hələ ki, bu funksiya  bütün Android qurğular üçün keçərli deyil, amma Samsung smartfonlarının əksəriyyətində var. Yoxlamağa dəyər.

Mətnin səslə ifası

Əgər Android qurğunuz varsa, bu məqaləni nəinki oxuya, hətta dinləyə bilərsiniz. Bunun üçün "Ayarlar"dan "xüsusi imkanlar" maddəsini tapın və "mətnin səsli ifadəsi" funksiyasını qoşun.

Smartfonun  uzaqdan idarəsi

Menyudan "Ayarlar" - >"Təhlükəsizlik"> "Qurğunun administratorları"na girin "Androidin uzaqdan idarəsi"ndə "Qurğuların uzaqdan  axtarışı" qrafasının qabağına işarə qoyun. Belə olarsa, telefonunuz itərsə, bütün məlumatları  bərpa edə və ona bu sayt vasitəsi ilə blok qoya bilərsiniz.

Qonaq rejimi

Əgər siz telefonunuzu müəyyən müddətə  başqasına  vermək və bu müddətdə  öz şəxsi məlumatlarınızın məxfiliyini qorumaq istəyirsinizsə, sadəcə "Qonaq rejimi"ndən istifadə edin. İki barmağınızla  displeydən aşağı sürüşdürün və tez ayarlar pəncərəsindən sağ yuxarı küncə olan  istifadəçi  ikonasına vurun. Ora da "qonaq əlavə et" funksiyası yaranacaq. Bundan sonra  həmin adamın sizin telefıonunuzdakı fəaliyyətlərini özünüz seçin.

Ekran lupası

Zəif görən insanlar  bu funksiyanın onların işini nə dərəcədə asanlaşdıracaqlarından məlumatsızdırlar. Bunun üçün "Ayarlar" > "Xüsusi imkanlar"> "Böyütmək üçün jestlər" bölməsinə girin. Bundan sonra displeyin istənilən hissəsinə vurmaqla oranı böyütmək olur.

Modem rejimi

Müxtəlif qurğulardapn internetə girmək üçün  ayrıca 3G modem, yaxud digər qurğular  almaq lazım deyil, smartfonunuz bu problemi həll edə bilər. Bunun üçün "Naqilsiz şəbəkə" qrafasında "Xot-spot" seçin və "WLAN giriş nöqtəsi" seçin. 

Başın hərəkəti ilə smartfonun idarəsi

Bəzən elə olur ki, sevimli qadjetimizi istifadə etməliyik, ancaq əllərimiz məşğul olduğundan bu işdə çətinliyə düşürük. Lakin  bu problemin də həlli var. Bunun üçün EVA Facial Mouse pulsuz tətbiqindən istifadə edin.

Gizli oyun

Google kompaniyası Android 2,3 Gingerbread-dan başlayaraq bütün istifadəçilər üçün kiçik hədiyyə qoyur. Ancaq onu tapmaq çətindir.

Bunun üçün "Ayarlar"ı açın və "Telefon haqqında", yaxud "Planşet haqqında" bölməsinə girin. "Android versiyası" məntəqəsinə bir neçə dəfə cəld bas və ekranda marşmellou zefiri yaranan kimi onun üstündən də cəld bir neçə dfə basın. Bundan sonra  kiçik mini oyun açılacaq.

Buna da baxın:

WhatsApp-da az adamın bildiyi 10 opsiya - FOTO

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru