Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2017
14:04
2621
Ciddi qayda pozuntusuna yol verən sürücülərin adı `qara siyahı`ya salınacaq

"Sürücüyə arzuolunmaz sosial təbəqənin nümayəndəsi kimi baxdıqda, sürücü də biz istədiyimiz kimi olmur. Sürücü canlı bir orqanizmin çox vacib elementi, vəzifəsi isə vacib vəzifədir. Əgər biz idarə etdiyimiz avtomobildə yalnız özümüzə və qəza törətdiyimiz obyektə cavabdehiksə, avtobus sürücüsü yalnız özünə deyil, təxminən 60 ailənin həyatına cavabdehdir. Buna görə, sürücülərə qarşı insanlarımız bir az səbirli olmalıdırlar, bir insana nə qədər müsbət yanaşsan, qarşılıqlı addım da müsbət olar". Bunu müsahibəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib.
 
Qurum rəhbərinin sözlərinə görə, bu münasibətlərin formalaşması üçün BNA tərkibində Sürücü-Təlim Mərkəzi yaradılıb: "Hal-hazırda İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sürücülərə xüsusi təlimlər keçirilir, oyunlardan sonra isə bütün Bakıdakı daşıyıcıların sürücüləri ora cəlb olunacaq. Ora cəlb olunan sürücülər sürməyi öyrənmək məqsədilə deyil, sadəcə avtobusda davranış, avtobusu düzgün idarə etmə, tormozlama, sərnişinlərlə danışıqla bağlı nəzəriyyələr öyrədilir. Mən istəmirəm ki, sahibkar istədiyi sürücünü işə götürsün. Sahibkara sürücü lazım olanda bizə müraciət edəcək, bizim təlimlərdən keçən sürücülər həmin daşıyıcının xəttində işlə təmin olunacaqlar. Hər hansı sürücü 1 ay ərzində hər hansı sərnişinlə kobud rəftar edərsə və yaxud da qayda pozuntusu olarsa, bu istiqamətdə biz əlimizdən gələni edəcəyik. Birincisi, həmin sürücü "qara siyahı"ya düşəcək və bundan sonra o sürücü digər daşıyıcılarda işləyə bilməyəcək. Əgər ölümcül qəza olarsa, həmin sürücünün "D" kateqoriyasının ləğv edilməsi üçün işlər görüləcək. Bu məsələni digər dövlət qurumları qarşısında qaldıracağıq".
 
Müsahibənin tam mətni bir qədər sonra sayta yerləşdiriləcək. (APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
100

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
122

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
81

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
88

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
150

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
97

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
131

23 avqust tarixinə AMB-nin valyuta məzənnələri

23

Avqust
09:35
İQTİSADİYYAT
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru