Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 Aprel

2017
12:56
1159
QMİ-nin sektor müdiri Elşən Mustafaoğlu haqda qərar verildi

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barısindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mustafa 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü ildə MTN əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Məhkəmədə çıxışı zamanı o bildirib ki, dövlət əleyhinə heç bir fəaliyyətdə iştirak etməyib: “Bu ittiham nəinki mənim etmədiyim, hətta şərəf və ləyaqətimi alçaldan iddialarla doludur. Məni Əks-Kəşfiyyatın bir-birini inkar edən və bir-birinə zidd olan iddiaları əsasında tutublar. 2014-cü ildə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən MTN-nin keçmiş rəhbərliyinin Milli Qəhrəman Rövşən Əkbərov və Əlayif Mustafayev əleyhinə zorla yazdırmaq istədiyi sifarişli yazını yazmamışam, onlara böhtan atmamışam. İki gün – ayın 16-dan 17-dək qapalı şəraitdə saxlanılmışam. Prokurorluğa da müraciət etmişəm ki, niyə mənim harada olmağımla maraqlanmayıblar? Bu iki gündə MTN-də mənə zülm eləyiblər. Onların elədiklərini burada deməyi özümə sığışdırmıram. Məni məcbur ediblər ki, dövlətimizin Milli Qəhrəmanına və ləyaqətli Şeyx həzrətlərinə qarşı ləyaqətsiz şeylər yazım”. (Qafqazinfo)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 12:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru