Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2017
08:49
Yol polisinin təqib etdiyi `Mersedes` qəza törətdi - FOTO

Bakıda "Mercedes" və "KİA" toqquşub.

FaktXəbər-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində sərxoş sürücü tərəfindən idarə edildiyi iddia olunan "Mercedes" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus 90-YP-353 nömrəli xidməti avtomobil "Mercedes" markalı avtomobili təqib edib. Nəticədə "Mercedes"-in sürücüsü idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 03:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com