Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2017
20:47
Qobustan həbsxanasına qəfil başçəkmə

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustanda yerləşən həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən iki günlük planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, başçəkmə çərçivəsində müəssisənin ömürlük azadlıqdan məhrumetmə cəza növündə, məhkəmə qərarı əsasında cəzasının bir hissəsini həbsxana rejimində çəkən məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar keçirilib. Bu zaman saxlanılma şəraiti, tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

 

Müəssisənin bəzi rejim korpuslarının kameralarında və cərimə təcridxanasında qidalanma və saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib.

 

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər fərdi qaydada dinlənilib, şikayətləri, qaldırdıqları məsələlər, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri üzrə sənədləşmə araşdırılıb.

 

Bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək qəbul edilib. Onlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib. Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

 

Başçəkmənin nəticəsi və məhkumların müraciətlərinin təmin olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq. (Modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47603

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45740

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47358

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46960

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52496

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46617

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47032
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-10-2020 03:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru