Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2017
14:11
4145
Dini Komitə və Mədəniyyət Nazirliyi məscidlərin sökülməsinə aydınlıq gətirib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Sovetski”də 2 məscidlə bağlı məsələyə aydınlıq gətirib.

M. Qurbanlı APA-ya bildirib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: “O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Normal namazlarda isə 3-5 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir”.

M. Qurbanlı qeyd edib ki, Bakıda 134 məscid var, Azərbaycan prezidenti İlham Əliyevin dinə verdiyi ən böyük dəyər nəticəsində bütün ölkə üzrə məscidlərin tikintisi, bərpası həyata keçirilir: “Bizdə Heydər məscidi və digər bu kimi mötəbər məscidlər fəaliyyət göstərir. Suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər hay-küy salırlar. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.

Mədəniyyət və Turizm Nazirliyi də Hacı Cavad Məscidinin sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Vüqar Şixməmmədov aznews.az-a açıqlamasında bildirib ki, Hacı Cavad Məscidi tarixi adidələr siyahısından çıxarılıb:

"Abdulla Şaiq və Mustafa Sübhi küçəsində yerləşən məscidlər ötən ilə kimi qorunan abidələr siyahısında yer alıb. Mütəxəsislər həmin ünvanda olan sonuncu məscidə baxış keçirib, onun dayanıqlığı araşdırılıb. Elə həmin ildə müvafiq qərar əsasında məscid qorunan abidədlər siyahısından çıxarılıb."

Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
144

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
284

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
247

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
75

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
46

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
77

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 00:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru