Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2017
13:01
`Azərbaycan əhalisinin 87%-i internet istifadəçisidir`

"Bu gün Azərbaycan əhalisinin 87%-i internet istifadəçisidir". Bunu "Caspian Energy Forum-2017"-də çıxışı zamanı nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, əhalinin 72%-i genişzolaqlı internetin imkanlarından yararlanır. "Bu gün ölkəmiz mobil telefon istifadəçilərinin sayına görə dünya ölkələri arasında lider sıralardadır və bu rəqəm 100%-i ötür", - deyə nazir müavini əlavə edib.

E. Vəlizadə qeyd edib ki, ölkəmizdə informasiya texnologiyalarından istifadə əlçatandır: "Ölkədə startapların yaradılması bunun bariz nümunəsidir. Qurulan texnoparklar da bu sahənin nə qədər inkişaf etdiyini göstərir. Artıq texnoparkın ilk rezidentləri də məlumdur və bu sahədə işlər davam etdirilir. Ölkəmiz bütün informasiya və texnologiya layihələrinə açıqdır".

TASİM layihəsindən söz açan nazir müavini bildirib ki, təmsil etdiyi qurum bu layihəyə Azərbaycan şirkətlərinin cəlb olunmasında da maraqlıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61037

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58742

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60482

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60090

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65654

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59914

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60095
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2021 23:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru