Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Aprel

2017
11:04
5630
Sürücülər `Azpetrol`dan şikayətçidirlər - FOTO

Yanacaqdoldurma məntəqələrindən daim şikayətlər səslənir. Elə bir sürücü tapmaq olmaz ki, ya yanacağın keyfiyyətindən, ya da verilən pulun qarşılığında az yanacaq vurulmasından şikayətçi olmasınlar. Amma bu cür şikayətlər hələ ki, SOCAR yanacaqdoldurma məntəqələrindən eşidilmir.

FaktXəbər-ə müraciət edən sürücülərdən biri "Azpetrol" yanacaqdoldurma məntəqəsindən şikayətçidir. Sürücü bildirir ki, "Azpetrol"un məntəqələrindən nə qədər yanacaq almağınla bağlı konkret sənəd almaq olmur: ""Azpetrol"un istənilən bir yanacaqdoldurma məntəqəsinə gedib bir çən benzin vurmalarını istəyirsən. Yekunda sənə 2 çek verirlər. Soruşursan ki, yaxşı, mən sizdən nə qədər yanacaq almışam? Cavab verirlər ki, "orada yazılıb". Amma, "orada" dedikləri yerdə heç nə yazılmayıb. 100 manat verib benzinin pulunun çıxılmasını istəyirsən. Qaytarılan 2 çekin birində verdiyin 100 manatın məbləği var, digərində də pulun qalığının. Belə çıxır ki, sən benzin aldıqdan sonra kalkulyatoru da əlinə götürüb hesablama aparmalısan. Təxminən belə: 100 - 67 = 33. Sonra 33 manatı bölürsən aldığın benzinin qiymətinə və yekunda nə qədər benzin aldığını bilirsən."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
276

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
167

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
249

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
184

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
196

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
179

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
200
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru