Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2017
15:29
Moldovada 19 dövlət məmuru həbs edildi

FaktXəbər-in verdiyi məlumata görə, Moldovada müxtəlif rayonların dövlət idarələrində eyni vaxtda keçirilən anti-korrupsiya əməliyatında 19 məmur saxlanılıb. Bu barədə ölkənin Milli Korrupsiya İdarəsi xəbər verib. Məlumata görə, saxlanılanlar arasında 3 şəhər meri, 5 gimnaziya direktoru, məmurlar və biznesmenlər var.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, axtarışlar dövlətin balansında olan Enerji Səmərəliyi Fondunun fəaliyyəti ilə bağlı olub. Fond məktəblər, xəstəxanalar və digər ictimai müəssisələrin isidilməsi ilə bağlı maliyyə vəsaitinin bölüşdürülməsini həyata keçirib.
 
Saxlanılanlar ilkin olaraq 72 saat istintaq təcridxanasında qalacaq. Əgər məmurların cinayəti sübuta yetirilsə onları 15 ilədək azadlıqdan məhrumetmə cəzası və cərimələr gözləyir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 19:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com