Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2017
14:53
3011
Avtobus və mikroavtobus sürücülərinin törətdiyi qəzaların sayı artıb

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələrə əsasən, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması və onların nəticəsində törədilən qəzaların sayında artım var: “Aparılmış müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər məhz Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımalarını həyata keçirən sürücülərdir”.

Qeyd olunan marşrutlarda hərəkət edən sərnişinlərin təhlükəsizliyinin təmin olunması və bu sahəhədə nəzarətin güzləndirilməsi məqsədilə Baş DYP İdarəsi əlaqədar qurumlarla birgə reydlər keçirəcək. Tədbir zamanı Bakıda, Sumqayıtda, eləcə də marşrut boyu təşkil edilmiş xüsusi postlarda avtobus və mikroavtobusların texniki vəziyyətinə ciddi nəzarət olunacaq, əsasən konstruksiyasında nəzərdə tutulduğundan artıq sayda oturacaqlarla təchiz edilmiş, tormoz və sükan idarə sistemi nasaz olan, nəqliyyat vasitəsinin şinlərinin protektorlarının naxışları eyni ox üzrə müxtəlif olan və qalınlıqları tələb edilən normalara (ən azı 2 mm) cavab verməyən, habelə avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olan sürücülər nəqliyyat vasitələrinin idarə olunmasından kənarlaşdırılacaqlar. Mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək reydlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarının da iştirakı nəzərdə tutulub ki, onlar qanunsuz sərnişin daşıma fəaliyyəti göstərən sürücülərin məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görəcəklər.

Bununla əlaqədar Baş DYP İdarəsi qeyd olunan marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən xahiş edir ki, fəaliyyətlərini Nazirlər Kabinetinin təsdiq etdiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun şəkildə təşkil etməklə sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması, habelə sərnişinlərin yollarda əziyyət çəkməmələri məqsədilə onların başlanğıc və son məntəqə kimi yalnız avtovağzallarda (avtostansiyalarda) müəyyən edilmiş duracaqlarda minb-düşmələrini və sadalanan texniki tələblərə ciddi riayət olunmasını təmin etsinlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
56

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1089

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
427

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
81
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 14:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru