Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2017
13:11
Daxili İşlər Nazirliyi sinxron tərcüməçi axtarır

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) qurumun Aparatında vakant olan üç inspektor-tərcüməçi (sinxron ingilis dili) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən FaktXəbər-ə bildiriblər ki, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprelin 5-dən mayın 05-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə [email protected] ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin DİN-in Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilərkən şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) Baş Kadrlar İdarəsinə şəxsən təqdim etməlidirlər.

Müsabiqənin qalibləri müvafiq xüsusi rütbə verilməklə DİN-in kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün (012) 590-93-64; (012) 590-93-27 telefon nömrələri ilə əlaqə saxlamaq lazımdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4603

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3688

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5386

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5429

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6671

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5166
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 21:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru