
Goranboyun Tapqaraqoyunlu kəndi cəbhə xəttində yerləşən iri yaşayış məntəqələrimizdən biridir. Kənd strateji mövqedə yerləşdiyi üçün erməni silahlı dəstələri bir neçə dəfə buraya hücum edib. Hər dəfə də Azərbaycan Ordusunun və yerli sakinlərin müqaviməti ilə qarşılaşan düşmən ağır cavab zərbəsi alaraq geri çəkilməyə məcbur olub.
Tapqaraqoyunlu daim düşmən atəşi altında olsa da, sakinlərin heç biri kənddən çıxmayıb
Məqsədinə çatmayan erməni silahlı qüvvələri işğal etdiyi yüksəkliklərdən Azərbaycan Ordusunun mövqelərini və kəndi daim atəşə tutur. İstər ağır döyüşlərin getdiyi dövrdə, istərsə də atəşkəsdən sonra kəndin onlarla dinc sakini düşmən təxribatının qurbanı olub. Buna baxmayaraq, kənd sakinlərindən heç kim öz evini tərk etməyib. Əksinə, ata-baba yurdlarına bağlı olan zəhmətkeş və qəhrəman Tapqaraqoyunlu sakinləri dövlətin hərtərəfli qayğısı və köməyi sayəsində kəndi daha da abadlaşdırıb və gözəlləşdiriblər.
Düşmən mövqelərinin bir neçə yüz metrliyində yerləşən kəndin sakinləri vaxtilə əldə silah səngərə atılıb, dinc vaxtlarda isə sadə kəndli həyatı yaşayıblar. Bu qəhrəman insanlarla görüşmək üçün Tapqaraqoyunluya üz tutduq.
Rayon mərkəzində Tapqaraqoyunluya abad və rahat yol çəkilib
Goranboy rayonunun mərkəzindən başlayan yolumuz uzun çəkmədi. Kəndə uzanan yol abad və rahat idi. Kəndin mərkəzində bizi yerli icra nümayəndəsi Abbas Allahverdiyev və bələdiyyə sədri Rafiq Yusibov qarşıladı.
İcra nümayəndəsi bildirdi ki, Tapqaraqoyunlu rayon mərkəzindən təxminən 30 kilometr məsafədə yerləşir. Əhali əsasən əkinçilik və maldarlıqla məşğuldur. Hazırda kəndə məxsus torpaqlarda əkilməmiş sahə qalmayıb. Əkin sahələri 21 artezian və İncəçayın suyu ilə suvarılır. Hər bir evə bulaqlardan su xətti çəkilib. Kənd işıq və qazla fasiləsiz təchiz olunur. Tapqaraqoyunluda 640 ev var. Tam orta məktəb, mədəniyyət evi, klub, kitabxana, tibb məntəqəsi və poçt fəaliyyət göstərir.
İcra nümayəndəsi: Ordumuzun aprel qələbəsindən sonra səngərlərimiz bir neçə kilometr irəli çəkildi
“Tapqaraqoyunlu Naftalan şəhəri, Goranboy və Tərtər rayonları, həmçinin Talış kəndi ilə həmsərhəddir. Elə erməni silahlı birləşmələri də ötən ilin aprel döyüşlərinə qədər kəndi daha çox Talış istiqamətindən atəşə tuturdu. Bir il əvvəl qüdrətli Azərbaycan Ordusu işğal altındakı minlərlə hektar torpağımızı və strateji yüksəklikləri azad etdi. Aprel qələbəsindən sonra kəndimizin yaxınlığındakı Talış yüksəkliyinə də ordumuz nəzarət etməyə başlayıb. Beləliklə, illər ərzində Tapqaraqoyunlu kəndinə böyük təhlükə yaradan düşmən təxribatlarının qarşısı alındı”, – deyə icra nümayəndəsi bildirdi.
Sonra Abbas Allahverdiyevin müşayiəti ilə kənd qəbiristanlığına getdik. Burada ilk növbədə diqqətimizi təpəlik boyunca çəkilmiş uzun və hündür divar cəlb etdi. İcra nümayəndəsi dedi ki, kəndin iki tərəfinə çəkilmiş 1400 metr uzunluğundakı bu istinad divarları kənd sakinlərini düşmən atəşindən qorumaq məqsədilə tikilib.
Buradakı müşahidə məntəqəsindən yaxınlıqdakı Talış kəndi və bütün yüksəkliklər aydın görünürdü. Məntəqənin ensiz və kiçik pəncərəsindən qarşıya açılan mənzərə inanılmaz və olduqca qürurverici idi. Çünki ötən ilə kimi düşmən əsarətində olan bütün yüksəkliklər indi Azərbaycan Ordusunun nəzarətindədir. Buradan həm də düşmən səngərləri aydın görünür. Ona görə də təhlükənin tam sovuşmadığını deyən Abbas Allahverdiyev söhbəti köhnə səngərdə davam etdirməyi təklif etdi.
“Gördüyünüz kimi, ötən ilin aprelinədək bizim səngərlərimiz kəndin lap yanından keçirdi. İstinad divarının arxasında kənd sakinləri gündəlik işləri ilə məşğul olur, öndəki səngərlərdə isə əsgərlərimiz Vətənin keşiyini çəkirdi. Aprel döyüşündən sonra bizim səngərlərimiz bir neçə kilometr irəli çəkildi”, - deyə Abbas Allahverdiyev məlumat verdi.
Düşmən atəşlərinin dağıtdığı 4 ev yenidən tikilib, 12 ev əsaslı təmir olunub
Aprel döyüşləri ərəfəsində düşmənin yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində bu kənddə 232 evə ziyan dəymişdi. Kənd sakinlərinə vurulan ziyan tezliklə dövlətimiz tərəfindən aradan qaldırıldı. Az müddətdə 4 ev yenidən tikildi, 12 ev əsaslı təmir olundu, digər ailələrə isə lazımi tikinti materialları paylanıldı.
Düşmən təxribatı nəticəsində evi tamamilə dağılan kənd sakini Fəxrəddin Mustafayev keçən ilin aprelini belə xatırlayır: “Düşmən kəndimizi daim atəşə tuturdu. Ona görə də ilk güllə səslərinə heç bir əhəmiyyət vermədik. Lakin bir neçə dəqiqədən sonra ağır artilleriyadan açılan atəş, səpələnən mərmilər, uçulan damlar, divardan qopan daşlar ətrafda dəhşətli mənzərə yaratdı. Güllələr yağış kimi yağır, damları, pəncərələri dəlik-deşik edib keçirdi. Vəziyyət getdikcə daha da ağırlaşırdı. Kənddəki bütün qadınları və uşaqları təhlükəsiz yerlərə apardıq. Özümüz isə səhərədək atəş tutmayan yerlərdə gözlədik. Səhər açılanda evimizin tamamilə dağıldığını gördüm. Əlbəttə, illərlə çəkilən zəhmətin bir anda puç olması, evsiz qalmağımız hər kəs kimi mənim üçün də ağır idi. Belə bir gərgin vaxtda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təmas xəttinə çox yaxın olan kəndlərə gəlməsi bizi də ürəkləndirdi və hamıda böyük ruh yüksəkliyi yaratdı. Dövlətimizin başçısı sakinlərlə söhbətində dedi ki, dağılmış bütün evlər dövlət vəsaiti hesabına bərpa ediləcək. Belə də oldu”.
Məktəb binasındakı güllə izləri və kənd sakinlərinin torpağa bağlılığı
Düşmən təxribatı zamanı ən çox atəşə məruz qalan yerlərdən biri də kənd məktəbi olub. Geniş ərazidə, yaşıllıqlar içərisindəki böyük məktəb binası kənardan nə qədər yaraşıqlı görünsə də, buraya yaxınlaşdıqca divarlardakı, pəncərə və qapılardakı güllə izləri o günlərin dəhşətini xatırladırdı. Bu məktəbdə təhsil alan, düşmənlə üz-üzə yaşayan uşaqlar heç nədən qorxmadan, çəkinmədən məktəbə gəlir, dərsdən qalmırlar.
Nikbinlik yaradan bu mənzərədən sonra kəndi gəzməyə davam etdik. Yol boyunca icra nümayəndəsi bizə ötən ilin aprelində düşmən təxribatı nəticəsində kəndin məruz qaldığı dəhşətli dağıntıdan danışır, önündən keçdiyimiz hər bir evdəki, hasarlardakı mərmi izlərini göstərirdi.
Qonağı olduğumuz kənd sakini Elxan Həsənov həyətində yaxşı bağ salıb. Onun söhbətimiz maraqlı keçdi. Kənd sakininin düşmən atəşi altında saldığı bağ və burada yaratdığı səliqə-sahman insanı həqiqətən heyrətə gətirir. Elxan Həsənov 45 sot torpaq sahəsində 88 növdə 557 meyvə ağacı əkib. Onun bağında çoxlu sayda bu yerlərə xas olmayan ağaclar - yapon əzgili, portağal, naringi, dəfnə ağacı, eləcə də çoxlu gül-çiçək var. Elxanın göz oxşayan bağı kənd sakinlərinin doğma torpaqlarına bağlılığının əyani nümunəsidir.
Tapqaraqoyunludan hava qaralanda ayrıldıq. Qəhrəman, qorxubilməz kənd sakinləri ilə görüş bizdə kəndin işıqlı sabahına böyük inam yaratdı. Yəqin çox keçməyəcək ki, düşmən bu torpaqlardan tamamilə qovulub çıxarılacaq. O vaxt kəndin dövrəsinə çəkilmiş mühafizə divarları söküləcək, uşaqlar isə heç vaxt yuxudan güllə səsinə oyanmayacaq.(AzərTac)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi