Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2017
17:50
3227
Dini kəsim Milli Şuranın sabahkı aksiyasına münasibət bildirdi

Sabah Milli Şura Bakının “Məhsul” stadionunda icazəli mitinq keçirəcək. Mitinq əvvəl aprelin 9-una təyin edilsə də, Bakı şəhər İcra Hakimiyyəti aksiyanın 8 aprel tarixində keçirilməsini məqsədəuyğun hesab edib.

Mitinq təşkilatçıları hazırlıq işlərinin başa çatdığını açıqlayıblar.

FaktXəbər olaraq Azərbaycan dini kəsiminin sabahkı mitinqdə iştirak edib-etməyəcəyi ilə bağlı Azərbaycan İslam Partiyasının və "Maarifçiliyə Dəvət" təşkilatının mövqeyini öyrəndik.

AİP-in sədr müavini Akif Heydərli siyasi partiyalar və qurumlar tərəfindən təşkil olunmuş aksiyalardan xəbərləri olduğunu bildirdi, sadəcə, Azərbaycan İslam Partiyası həmin aksiyanın təşkilatçıları qrupunda deyil, aksiyanın təşkil olunmasında və iştirakı üçün dəvətli deyil: “Partiyamız təşkilati cəhətdən iştirakı olmadığı aksiyalarda rəsmi olaraq iştirak etmir. Bizim qərarımız həmişə belə olub.

Buna baxmayaraq, üzvlərimizdən kimsə fərdi olaraq tədbirdən iştirak edə bilər, biz bunu onlara qadağa qoymamışıq.

Aksiyanın keçirilməsin münasibətimizə gəldikdə isə, bu gözlənilən tədbirin  hansı niyyətlə keçirilməsi bizə hərtərəfli bəlli deyil. Amma hazırda ölkədə baş verən bir sıra qanunsuzluq, neqativ hallar məlumdur. Biz də buna rəsmi münasibətimizi etirazımızı bildirmişik. Hakimiyyət qarşısında bu cür etirazların səslənməsi və tələblərin qoyulmasını məqsədəuyğun hesab edirik və əlbəttə, obyektiv konstruktiv tələblər məqsədəmüvafiq və etirazın bir forması olaraq aksiya şəklində həyata keçirilirsə, Konstitusiya və insan haqlarına uyğun qiymətləndiririk.”

"Maarifçiliyə Dəvət" təşkilatının sədri Elçin Manafov bildirdi ki, fərd olaraq aksiyada iştirak edəcək və buna da səbəbləri var: “Bizim öz sözümüz, haqlı etirazlarımız var. Əslində, əgər bu problemlər həll olunarsa heç mitinq tərəfdarı deyiləm. Açığı, sabah ilk dəfədir ki, Milli Şuranın mitinqdə iştirak edəcəyəm. Mən indiyə qədər sivil yolla – danışıqlar yolu ilə problemlər həllinin tərəfdarı olmuşam. Amma həll olunmadıqda, biz də etirazçılara qoşuluruq. İslama və islamçılara münasibətin aydınlaşmasını istəyirik. Görək axı nə istəyirlər günahsız qardaşlarımızdan. Öndə gedənlərimiz, liderlərimiz tutulur –Mövsüm Səmədov, Abgül Süleymanov, Taleh Bağırov, Elşən Mustafayev, hansı ki, maarifçi adam idi. Son zamanlarda da Sərdar Hacıhəsənlini tutublar, cümə namaz qıldığına görə. Bizə tribuna vermirlər ki, haradasa öz haqq sözümüzü deyək. Və bəyanat verəndə, sözümüzü də deyəndə heç bir əhəmiyyət verilməyib. 

Ölkəmizdə İslam Oyunları keçiriləcək, artıq hazırlıqlara başlanılıb. Belə bir vaxtda rəvadırmı ki, islamçılara təzyiqlər olunur? Bundan əlavə, sosial problemlər də başdan aşır. Mən də onların dərdinə şərikəm. Amma kimsə bizim yerimizə hiss eləsə, dərk eləsə görər ki, mənəviyyatımıza vurulan zərbə onlardan da böyükdür. Bu gün bizim liderlərimizi həbs edirsinizsə, cəmiyyətimizdə İŞİD, vəhabilik kimi  fəsad baş alıb gedəcək.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
10

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
26

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
162

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
80

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
161

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
110

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
37

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
162
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 10:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru