
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası Xorvatiyanın Split şəhərində keçirilən Avropa çempionatında sirli şəkildə yoxa çıxıb. "Report"un məlumatına görə, bu barədə yerli "Jutarnji List" nəşri xəbər yayıb.
İnformasiyada bildirilir ki, Azərbaycan nümayəndə heyəti Splitdə otel yoxlamasından keçsə də, sonradan onlar nə yarışın keçirildiyi zalda, nə də oteldə görünüblər.
Nəşr iddia edir ki, bu, sərt dopinq nəzarəti ilə əlaqədar ola bilər: "Azərbaycan son illər 7 aparıcı ağırlıqqaldıranını itirib. Çünki onların dopinq-testləri müsbət nəticə verib. Məhz ciddi dopinq nəzarəti bütün komandanın "yoxa çıxması"nın səbəbi ola bilər".
Yazıda Azərbaycan nümayəndə heyətinin Oktay Muxtarov, Məhəmməd Məmmədli, Oktay Rüstəmov, Kamran İsmayılov, Hüseyn İsmayılov və İlham Məmmədovdan ibarət olduğu vurğulanıb.
Martın 27-də Azərbaycan Ağır Atletika Federasiyası Avropa çempionatında 4 idmançı - Məhəmməd Məmmədli (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılovla (94 kq) təmsil olunacaqlarını bəyan edib. Lakin aprelin 1-də AAAF Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıqlarını əsas gətirərək, çempionatdan imtina etdiyini açıqlayıb.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev "Report"a açıqlamasında həqiqətən də Xorvatiyaya nümayəndə heyətinin yollandığını açıqlayıb. Lakin o, heyətdə cəmi 2 idmançının - Hüseyn İsmayılovla Məhəmməd Məmmədlinin yer aldığını, İsa Hüseynovla Kamran İsmayılovun Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qayıtdıqlarını bildirib. Nümayəndə heyətindəki digər üzvlər isə komandanın rəisi Oktay Muxtarov, məşqçilər Elnur Hüseynovla Natalya Prişepa, hakim Vahid Nəzərov, masajçı İlham Məmmədov olub.
Federasiya rəsmisi Nəzərovun çempionatda hakimlik, Prişepanın isə idmançı kimi Moldova yığmasının heyətində çıxış etdiyi üçün Splitdə qaldıqlarını, qalan heyət üzvlərinin isə Məşqçilər Heyətinin qərarı ilə geri qayıtdıqlarını bildirib. O, hakim və məşqçidən başqa heç kimin oteldə qeydiyyatdan keçmədiyini də əlavə edib.
Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də yekun vurulacaq.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
- 17-06-2020 12:55 Messi karyerasının 699-cu qolunu vurub
- 05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
- 01-06-2020 14:28 "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- 01-06-2020 13:42 İngilis boksçu Taysonun rinqə qayıtmasından narahatdır
- 28-05-2020 14:45 "Real Madrid" lider olsaydı, sezonu bitirərdilər
- 25-05-2020 09:00 La Liqanın bərpa vaxtı açıqlandı
- 22-05-2020 17:29 İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
- 22-05-2020 15:40 AFFA aşağı liqalarla bağlı qərar verdi
- 22-05-2020 10:27 Mediya İspaniya futbol çempionatının bərpa tarixini açıqladı
- 18-05-2020 16:50 Millimizin sabiq futbolçusu: "Evlər tikib satırıq, kirayə veririk"
- 18-05-2020 12:28 İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir
- 14-03-2020 13:51 "Neftçi" fəaliyyətini dayandırdı
- 13-03-2020 14:15 Çempionlar Liqası və Avropa Liqası dayan dırıldı - RƏSMİ
- 13-03-2020 10:53 Braziliyalı futbolçular 8 qırmızı kart aldılar, ancaq qol vurmadılar - VİDEO
- 13-03-2020 10:03 "Formula-1"də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
- 12-03-2020 10:48 "İnter" klubu fəaliyyətini müvəqqəti dayandırıb
- 12-03-2020 10:00 PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
- 11-03-2020 09:47 "Liverpul" və PSJ çətin sınaq qarşısında
- 11-03-2020 09:24 7 qollu oyunda “Atalanta” 1/4 finalına yüksəlib
- 10-03-2020 17:15 İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək
- 10-03-2020 10:45 Dünyca məşhur boksçu "Nyukasl" futbol klubunu almaq istəyir
- 09-03-2020 13:21 Zidan: "Real" qələbə qazanmağa layiq deyildi və mövsümün ən pis oyununu keçirdi
- 06-03-2020 14:26 Teymur Rəcəbov bəyanat yaydı
- 06-03-2020 12:08 Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik