Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Aprel

2017
13:28
2853
Bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar

Aqil Mehdi


Gecə yatdıq, səhər durduq ki, yenə yer-yerindən oynayıb. ABŞ Aralıq dənizindəki hərbi gəmilərindən Suriyanın Homs şəhəri yaxınlığında yerləşən Şayrat aviabazasını “Tomaqavk” raketləri ilə vurub. 

ABŞ bombardmana səbəb kimi Suriya ordusunun İdlib şəhərindəki əməliyyatını göstərib. Və bildirib ki, Suriya ordusu İdlibdə kimyəvi silah hücumu həyata keçiribmiş. 

Bəzən məsələlər o qədər gülünc görünür ki...

Diqqət edək, İdlibin bombalanmasından bir gün əvvəl Suriya müxalifətinə yaxın Orient TV kanalının müxbiri tvitter sosial şəbəkəsində belə bir paylaşım edib: "Sabahdan Hamadakı Suriya ordusunun irəliləyişlərinin qarşısnı almaq məqsədilə “kimyəvi silahdan istifadə edildi” adlı kampaniyaya start veririk". 

Gülünc doğuran məsələlərdən biri məhz bu tivtdir. 

Rusiya Müdafiə Nazirliyinin müavini İqor Konaşenkov da açıqlamasında Suriya aviasiyasının İdlibdə terrorçuların silah anbarını bombaladığını söyləyib. Və məlum olub ki, bu silah anbarında kimyəvi silahlar da saxlanılırmış. Konaşenkovun sözlərinə görə, bu silahlar əsasən İraqa göndərilirmiş, ancaq, Hələbdə də istifadə olunurmuş.

İndi heç kəs adını “Suriya müxalifəti” qoyduqları terrorçulara kimyəvi silahları kimin verməsi barədə hesab soruşmur. Əksinə, Suriya ordusunun bombalaması nəticəsində silah anbarındakı kimyəvi silahların ətrafa yayılmasına görə ölən insanların görüntülərini paylaşıb, “Suriya ordusu İdlibi kimyəvi silahlarla bombaladı”, - deyirlər. Hələbdə dinc sakinlərə qarşı bu anbarlarda saxlanan kimyəvi silahlardan istifadə edəndə də eyni sözləri deyirdilər: Suriya ordusu dinc sakinlərə qarşı kimyəvi silahlardan istifadə etdi.

Məhz bu cür saxta məlumatlara görədir ki, ABŞ bombaları son 15 ildə 10 milyondan çox müsəlman qətlə yetirib. Və hələ də əksər müsəlman ölkələri ABŞ-ı xilaskar gözündə görür.  

ABŞ-ın “Tomaqavk” raketləri sonuncu dəfə İraqa demokratiya gətirəndə gündəmə gəlmişdi. Demək indi də Suriyaya demokratiya gələcək, İraqdakı demokratiyadan.

Gülünc doğuran məsələlərdən biri də məhz budur.

ABŞ İraqa kimyəvi silah bəhanəsi ilə girmişdi. Səddamı da edam etdi. Sonda əməliyyatı keçirən və Səddamın dindirilməsində iştirak edən ABŞ rəsmisi İraqda kimyəvi silahın olmadığını söylədi. 

Birləşmiş Ştatların 300 böyük hərbi bazasının 70-i ölkə sərhədlərindən kənarda yerləşir. Dünyanın dörd bir tərəfində yerləşən bu bazalarda 235 min nəfərlik hərbi heyət və uçmağa hazır raketləri var. Bu da gülünc doğuran bir məqamdır: dünyanın dörd bir yanına raket yerləşdirən də, atəşkəs çağırış edən də eyni tərəfdir.

Nə yazıq ki, atəşə hazır olan bu raketlərin saxlandığı bazalar həm də müsəlmanlar ölkələrində yerləşir. Nə yazıq ki, ABŞ raketləri də məhz müsəlmanların başına tökülür.

Özünü müsəlman adlandıran İŞİD terrorçularının başına deyil, onlarla mübarizə aparanların başına. O raketlər Rəqqanı özlərinə mərkəz hesab edən İŞİD terrorçularının bazalarına da tuşlana bilərdi, amma tuşlanmadı. Donald Tramp hələ hakimiyyətə gəlməzdən öncə bəyan etmişdi İŞİD terror təşkilatının Barak Obama və Hillari Klinton tərəfindən yaradıldığını. Amma görünür, Tramp da ABŞ-ın “doğduğu uşaqları” məhv etmək niyyətində deyil. 

Bombardmandan sonra ABŞ-a ilk dəstək açıqlaması İsrail, Səudiyyə Ərəbistanı və Türkiyədən gəldi. Yəni Suriyada ikinci pərdə aralanır. 

Daha bir neçə il 3 meymun kimi olacağıq. Heç zaman görməyəcəyik, eşitməyəcəyik və danışmayacağıq ki, niyə ABŞ-ın müsəlman ölkələrini bombalamasına hər zaman müsəlmanlar da dəstək göstərir, yəni ABŞ-ın yanında yer alır? Heç zaman sual etməyəcəyik ki, niyə demokratik dəyərlərdən bəhs edənlər, o cümlədən ABŞ bir dəfə də olsun Səudiyyə, Bəhreyn və Qətər krallarının diktaturası barədə sərt deyil, adi bir açıqlama da vermir? Heç zaman fikirləşməyəcəyik ki, necə olur dünyada sülhün bərqərar olmasından danışan və 240 illik tarixi olan ABŞ, 213 ildir müharibə ilə məşğuldur? Heç zaman sual etməyəcəyik ki, ABŞ indiyə kimi hansı ölkəyə sülh gətirib? Heç zaman sual etməyəcəyik ki, ABŞ prezidenti təhlükəsizlik məqsədi ilə giriş qadağası qoyduğu 6 müsəlman ölkəsinin sırasına terrorçuluğun, radikalizmin, vəhhabiliyin əsas maliyyəçisi olan Səudiyyənin, Qətərin və Bəhreynin adını niyə salmayıb? 

Müsəlmanların ölkəsinə girişinə qadağa qoyan ABŞ Suriyadakı məzlumları qorumaq üçün hücum etdi. İnandınızmı? 

Qısası, bir zamanlar “Ya Musa” çağıranlar, indi “Ya USA” çağırırlar.

Aqil Mehdi

Məqalədə : Tramp Şayrat TOP SECRET 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru