Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2017
10:31
BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".
 
Qeyd edək ki, Milli Şura aprelin 9-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
 
Bakı Şəhər İcra Hakimiyyəti isə mitinqin aprelin 8-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsini tövsiyə edib.
 
Milli Şura tövsiyəni nəzərə alaraq mitinqin aprelin 8-də keçirilməsinə qərar verib.

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib

Böyüt AA+A-
 baki seher bas polis idaresi milli suranin mitinqi ile bagli xeberdarliq edib

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
 
İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".
 
Qeyd edək ki, Milli Şura aprelin 9-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
 
Bakı Şəhər İcra Hakimiyyəti isə mitinqin aprelin 8-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsini tövsiyə edib.
 
Milli Şura tövsiyəni nəzərə alaraq mitinqin aprelin 8-də keçirilməsinə qərar verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47851

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45941

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47570

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47151

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52726

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46787

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47234
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 13:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru