Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2017
16:06
Ona `Cəhənnəm avtoşu` deyirdilər - FOTO-VİDEO

"Avtoş" sözü Azərbaycan vətəndaşları üçün yad deyil. Amma başqa ölkələrdə onlara, ""drift" edənlər", - deyirlər. Gürcüstanlı Georgi Tevzadze də onlardan biri olub. Bəli, məhz olub. Küçələrdə ağlasığmaz şou göstərməsinə baxmayaraq, özü də yol qəzasının qurbanı olub. Amma sürücü kimi yox, sərnişin kimi. Tevzadzenin sərnişini olduğu BMW markalı avtomobil yüksək sürətlə ağaca çırpılıb. Sürücü sağ qalsa da, tanınmış "drift"çi hadisə yerindəcə dünyasını dəyişib.

FaktXəbər-in məlumatına görə, göstərdiyi təhlükəli şoulara görə ona "Cəhənnəm avtoşu" adı veriblərmiş. 

O, Tiflis küçələrindəki təhlükəli manevrlərindən sonra məşhur olmuşdu. Həmçinin 

"Sürücülük ehtirası" ekstremal sürücülük komandası yaratmışdı. Tevzadze dəfələrlə bəyan etmişdi ki, öz şouları ilə insanları qorxutmağa çalışmır, yalnız rejissorların diqqətini cəlb etməyi planlaşdırır ki, öz hobbisini peşəyə çevirsin. Gürcüstanda ekstremal sürücülük məktəbi də açmaq istəyirmiş ki, yollarda təhlükəli vəziyyətlərdən insanların çıxmasına yardım etsin. Tevzadze özü kaskadyor oyunları və avtoşkuqla 13 yaşından məşğul olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54753

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52839

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54255

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53979

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59404

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53681

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54040
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 14:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru