Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Aprel

2017
11:00
606
Moldova prezidenti: Uzunmüddətli perspektiv Avrasiya İttifaqına üzv olmaqdadır

FaktXəbər-in verdiyi məlumata görə, Moldova prezidenti İqor Dodon ölkəsinin Avrasiya İttifaqına üzv olmasının mümkünlüyündən danışıb. Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində Dodon bildirib ki, Moldovanın bütün diqqətini Qərbə yönəltməsi, böyük səhv olub: "Şəxsən mən hesab edirəm ki, biz Avrasiya İttifaqı ilə sıx əlaqələr qursaq, daha çox qazanarıq. Moldova üçün uzunmüddətli perspektiv Avrasiya İttifaqına üzv olmaqdadır. Biz həm Qərblə, həm də Şərqlə əməkdaşlıq etməliyik. Son yeddi ildə biz bütün diqqətimizi Qərbdə cəmləşdirmişdik. Bu, böyük səhv idi. Bizə Rusiya ilə strateji tərəfdaşlıq lazımdır".

Moldova prezidenti daha sonra ölkəsindəki rüşvətxor məmurlardan da danışıb: "2007-ci ildən 2015-ci ilədək olan dövrdə Avropa İttifaqı Moldovaya 782 milyon avro yardım ayırıb.  Bu məbləğin ən azı yarısı qaranlıq kanallarla yoxa çıxıb. Ölkəmin Avropa tərəfdarı olan rüşvətxor hökumət üzvləri bu pulu oğurlayıblar. Mən Sosialistlər Partiyasının sədri olan vaxtda Brüssel rəhbərliyini buna diqqət yetirməyə dəvət etsəm də, amma bütün avropalı parlamentarilər buna məhəl qoymadılar. İndi hər şey etmək lazımdır ki, AB-dən olunacaq maliyyə yardımı gələcəkdə Moldova vətəndaşlarına çatsın və islahatlara düzgün sərf olunsun.

İqor Dodon ölkəsinin Avrasiya İttifaqına üzv olması üçün referendum keçirilməsinə ehtiyac olduğunu və bu prosesin 2018-ci ildə parlament seçkilərindən sonra baş tuta biləcəyini deyib: "İndiki mərhələdə Avrasiya İttifaqı ilə əməkdaşlıq haqqında memorandum imzalamağı təklif edirəm. Bundan sonra moldovalı fermerlər Rusiyadan meyvə və tərəvəzin ixrac və idxalını həyata keçirə bilər".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 13:09

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru