`Azad Suriya Ordusu`nun əsas komandirlərindən biri öldürüldü

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2017
14:26
2540
`Azad Suriya Ordusu`nun əsas komandirlərindən biri öldürüldü

FaktXəbər-in verdiyi məlumata görə, Suriyanın İdlib şəhərində "Azad Suriya Ordusu" adlı silahlı qruplaşmanın yüksəkçinli komandiri Ədməd Əl-Soud öldürülüb. Qruplaşmanın əsas fiqurlarından sayılan Əl-Soud "Ən-Nusra" terrorçularının hücumu zamanı həlak olub.
 
Əl-Soud "13-ci Firqə" adlı "Azad Suriya Ordusu"nun yaradıcılarından və qriplaşmanın ilk üzvlərin olub. "13-ci Firqə" ABŞ tərəfindən təlim almış və silahlarla təchiz edilmişdi. Buna qədər Ədməd Əl-Soud 2013-ci ildə İdlib-Kəfranbel yolunda İŞİD terrorçuları tərəfindən qaçırılmış, 2 həftə sonra sərbəst buraxılmışdı.
 
"13-cü Firqə" qruplaşması "Azad İdlib Ordusu" ittifaqına qoşulmuşdu. Əl-Soudun Türkiyə ilə münasibətlərinin xeyli yaxşı olduğu bilinir.

"Əl-Cəzirə"nin verdiyi məlumata görə, Əl-Soudun rəhbərlik etdiyi terror qruplaşması Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilirdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 09:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com