Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2017
14:48
2245
Sürücülərin ürəyincə olacaq yeni yol açılışa hazırlanır - VİDEO

Bakıda uzunluğu 1,1 km olan və Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır. "Azəravtoyol" ASC-dən FaktXəbər-ə veriən məlumata görə, hazırda yol asfaltlanır və işlər sona çatmaq üzrədir.

Layihəyə uyğun olaraq torpaq işləri və yol yatağının hazırlanması yekunlaşıb, yol boyu maneələr sökülüb, kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb.

"Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1,5 metr enində səkilər daxildir. Asfaltlanma işlərinə paralel olaraq hazırda ərazidə piyada səkiləri inşa edilir. Bundan sonra, yolun işıqlandırılması üçün işıq dirəklərinin quraşdırılmasına başlanılacaq. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanması işləri aparılacaq. İşlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub", - deyə məlumatda qeyd olunub.

Avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa, Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, oradan isə Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaldacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
276

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
167

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
249

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
184

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
196

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
179

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
200
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru