Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2017
11:42
962
Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu qrant alacaq

Nazirlər Kabineti “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də dəyişikliklər edib.

Dəyişikliklər fonda daxil olma mənbələri ilə bağlıdır. Dəyişikliyə əsasən Fondun formalaşdığı daxilolmalar sırasına qrantlar və yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri daxil edilib. 

Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizəsinin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com