Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2017
11:03
Sürücü valideyni avtobusla üstündən keçməklə HƏDƏLƏDİ - FOTO

Bu gün paytaxtda fəaliyyət göstərən daha bir avtobus sürücüsünün özbaşınalığı baş verib. Əvvəlcədən qeyd edim ki, hadisə Modern.az-ın əməkdaşının başına gəlib.
 
Belə ki, əməkdaşımız səhər saatlarında Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində oxuyan övladlarını öz avtomobili ilə məktəbə aparıb.
 
Avtomobildən düşən iki azyaşlı piyada zolağı vasitəsilə liseyin darvazasında tərəf keçmək istəyərkən 53 nömrəli marşrut avtobusu çox böyük sürətlə hərəkət edərək şagirdlərin həyatı üçün ciddi təhlükə yaradıb. Avtobusun küləyi şagirdləri kənara atıb. Avtobusun məktəbyaşlı uşaqların üstündən keçməməsi sanki bir möcüzə olub.
 
Bundan sonra valideyn avtobusun arxasınca gedib. Hər zaman olduğu kimi bu dəfə də avtobus sürücüsü “Get, kimə istəyirsən şikayət et, mən sonuncu dayanacağa gecikirəm”, deyərək özünə “bəraət” qazandırıb.
Hətta sürücü xeyli irəli gedərək,  əməkdaşımıza “bir az da çox danışsan avtobusu sənin maşının üstündən keçirəcəm” deyib. Bununla ürəyi ağ olmayan avtobus sürücüsü avtobusu əməkdaşımızın maşının üstünə sürüb.
 
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev  məsələnin yerində araşdırılğını deyib:
 
“Sürücü Ağasıyev Çingiz sərnişin avtobusunu yüksək sürətlə idarə edərək sərnişinlərin və digər hərəkət iştirakçılarının üçün təhlükə yaratdığından barəsində ciddi tədbi görülüb. 53 nömrəli marşrut xəttinin daşıyıcısı tərəfindən onun izahatı alınıb və işdən azad edilib”.
 
A.Ağayev qeyd edib ki, BNA-nın yaratmağa çalışdığı Vahid Sürücü Bazasının əsas məqsədi paytaxtın marşrut şəbəkəsini məhz elə bu kimi qeyri peşəkar işinə ciddi yanaşmayan sürücülərdən təmizləməkdir:
 
“Bildiyiniz kimi bazanın yaradılması istiqamətində ilk addım atılıb və Sürücü Təlim Mərkəzi yaradılıb”.
 
P.S. Kim təminat verə bilər ki, sabah həmin sürücü yenidən avtobus sürməyəcək və neçə-neçə canlar almayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18885

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17527

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18862

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18427

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23976

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18426

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 22:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru