Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2017
10:15
Sürücülərin nəzərinə - `Avtobus zolaqları` ilə bağlı bilmədikləriniz

Bakıda Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yeni çəkilmiş xüsusi hərəkət zolaqlarından keçid üçün istifadə edən şəxsi avtomobillər qoyulan qaydaları bilməli və riayət etməlidir. Bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, zolaqlarda 30-60 metr məsafədə giriş-çıxış yerləri ayrılıb. O qeyd edib ki, sürücülər həmin yerlərdən istifadə edib bir yoldan digər yola keçə bilərlər. Ekspert vurğulayıb ki, əgər avtobus xüsusi hərəkət zolaqlarından hərəkət etdiyi üçün keçmək mümkün olmursa, onda şəxsi avtomobillər dayanıb avtobusun keçməsini gözləməlidir.

Ə.Hüseynov vurğulayıb ki, işıqfor olan yerdə bu problem yaranmır, növbə ilə avtomobillər yolda hərəkət edir: “Ancaq işıqfor olmayan yerdə qoyulmuş qaydalara əməl etmək lazımdır ki, problemlər yaranmasın”.

Ekspertin fikrincə, xüsusi hərəkət zolaqlarının çəkilməsi yollarda tıxacların tamamilə aradan qaldırılmasına gətirib çıxarmayacaq: “Çünki bir neçə küçədə xətlərin tətbiq edilməsi vəziyyəti düzəldə bilməz. Amma yollarda bu xətlər də olmalı, eyni zamanda, başqa işlər də görülməlidir. Sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi ilə bağlı hazırlıq səviyyələri yüksəldilməli, ümumi yanaşmalar dəyişməlidir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16218

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14867

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16266

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15875

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15769

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15905
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 12:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru